UEFA-dan De Blekerə təyinat
AFFA baş katibinin beynəlxalq hakimlik və hakimlərin təlim-tədrisi üzrə müşaviri Frank De Bleker UEFA-dan yeni təyinat alıb.
Sportlife.az xəbər verir ki, belçikalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində Almaniyada "Ştutqart" və Şotlandiyanın "Seltik" komandaları arasında keçiriləcək cavab matçının UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, fevralın 26-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.