Çempionat oyunu atışmaya görə dayandırıldı
Meksikada qadınlar arasında futbol çempionatının "Nekaksa" - "Keretaro" oyunu dayandırılıb.
Sportlife.az xəbər verir ki,buna stadionun xaricində partlayış və ya silah səslərinə bənzər səslər eşidilməsi səbəb olub. Hər iki komandanın oyunçuları dərhal meydandan qaçıblar, lakin oyun daha sonra davam etdirilib.
Tribunalar boş olması azarkeşlər arasında panikanın qarşısını almağa kömək edib.