Millimiz taciklərlə bacarmadı
18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu oyununa çıxıb.
Sportlife.az xəbər verir ki, yığma 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə bitib - 1:0.
Xatırladaq ki, U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub, Belarusa qalib gəlib - 1:0.