Bəyanat yayıb, üzr istədilər
İrqçilikdə ittiham olunan "Real"ın müdafiəçisi Din Heysen çinli azarkeşlərdən üzr istəyib.
Sportlife.az xəbər verir ki, qalmaqal ötən həftəsonu 20 yaşlı futbolçunun Çin istifadəçilərinin gözlərinin formasına görə irqçi hesab etdiyi şəkli səhifəsində yenidən paylaşması ilə baş verib.
Madrid klubunun rəsmi Weibo səhifəsində Çin dilində bəyanat dərc edilib:
"Çinli dostlarımdan səmimi qəlbdən üzr istəyirəm. Əvvəllər təhqiramiz mesajlar ehtiva edən məzmunu bilmədən göndərmişdim. Bu, tamamilə təsadüfi idi və yaratdığım hər hansı bir narahatlığa görə təəssüf edirəm".