Vinisiusu söyən futbolçu cəzalandı
UEFA "Benfika"nın futbolçusu Canluka Prestiannini cəzalandırıb.
Sportlife.az xəbər verir ki, buna futbolçunun Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Real"ın hücumçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlətməsi səbəb olub.
Buna görə də o, Madriddəki cavab oyununda meydana çıxmayacaq.
Qeyd edək ki, "Benfika" - "Real" oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.