Yamal Messini geridə qoydu

  • Bu gün, 17:58

"Barselona" İspaniya çempionatının 25-ci turunda "Levante"ni 3:0 hesabı ilə məğlub edib.

Sportlife.az xəbər verir ki, matçda "Barselona"nın hücumçusu Lamin Yamal məhsuldar ötürmə edib.

Bu, 18 yaşlı futbolçunun "Barselona" ilə karyerasında 100-cü qələbəsi olub. Bu mərhələyə çatmaq üçün ona 139 oyun lazım gəlib.

Bununla da Yamal Kataloniya klubunun heyətində 100 qalibiyyətə çatan ən gənc oyunçu kimi tarixə düşüb. O, bu nailiyyətə 18 yaş 244 günlüyündə çataraq, Boyan Krkiç (20 il 133 gün) və Lionel Messini (20 il 271 gün) geridə qoyub.


Paylaş: