Benzema zədələndi
"Əl-Hilal"ın hücumçusu Kərim Benzema zədələnib.
Sportlife.az xəbər verir ki, fransalı hücumçu əzələsindən xəsarət alıb.
Onun Səudiyyə Ərəbistanı Pro Liqasının 10-cu turunda "Əl-Tavun"a qarşı keçiriləcək oyunda iştirakı şübhə altındadır. Fransız hücumçunun tibbi müayinədən keçəcək, bundan sonra zədənin xarakteri və sağalma müddəti müəyyən ediləcək.
Benzema bu ilin fevral ayında "Əl-İttihad"dan azad agent kimi "Əl-Hilal"a transfer olunub.