“Qəbələ” - “Turan Tovuz” matçının hakimləri
Azəraycan Premyer Liqasının XIV turundan təxirə salınmış “Qəbələ” - “Turan Tovuz” oyununun hakimləri bəlli olub.
Sportlife.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Cavid Cəlilova həvalə olunub.
Ona yan xətt hakimləri Kamran Bayramov və Müslüm Əliyev kömək edəcəklər. Matçın dördüncü hakimi Əkbər Əhmədov olacaq.
Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.
“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu