Maykl Kerrik fərqi

  • Bu gün, 11:52

"Mançester Yunayted" Maykl Kerrikin rəhbərliyi altında altıncı oyununu keçirib.

Sportlife.az xəbər verir ki, bu müddət ərzində komanda beş qələbə qazanıb və bir heç-heçə edib.

İngiltərə Premyer Liqasının 27-ci turunun son oyununda "Mançester Yunayted" "Everton"u 1:0 hesabı ilə məğlub edib. Oyunun yeganə qolunu Benjamin Şeşko 71-ci dəqiqədə vurub.

Bu nəticədən sonra komanda 48 xalla 4-cü yerə yüksəlib.


Paylaş: