Qrizmann MLS yolunda

  • Bu gün, 12:08

"Atletiko"nun hücumçusu Antuan Qrizmann ABŞ-ın "Orlando" klubu ilə danışıqlar aparır.

Sportlife.az xəbər verir ki, danışıqlar inkişaf mərhələsindədir. "Orlando"nun idman direktoru Rikardo Moreyra detalları müzakirə etmək üçün İspaniyaya bir neçə dəfə səfər edib.

Klub transfer pəncərəsi bağlanmazdan əvvəl hücumçunu heyətinə qatmağa ümid edir.

Lakin oyunçu yaydan tez "Atletiko"dan ayrılmağı planlaşdırmır. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Klublar arasında rəsmi danışıqlar hələ baş tutmayıb.


Paylaş: