Qəbələdə təxirə salınmış oyun
"Qəbələ" Premyer Liqanın XIV turundan təxirə salınan oyunda bu gün "Turan Tovuz"u qəbul edəcək.
Sportlife.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.
Hazırda tovuzlular klubu 37 xalla 3-cü, qəbələlilər isə 15 xalla 10-cu sıradadır.
Qeyd edək ki, ötən ilin dekabrında keçirilməli olan oyun Qəbələdəki qatı duman səbəbindən yarımçıq dayandırılmışdı.