Dünya çempionatı Meksikadan alınır?
FİFA DÇ-2026-ya vəsiqə uğrunda qitələrarası təsnifat oyunlarının Meksikada keçirilməsini istəmir.
Sportlife.az xəbər verir ki, ölkədəki siyasi vəziyyət ali futbol qurumunu ciddi narahat edir.
Hətta mundiala ev sahibliyi hüququ da Meksikadan alına bilər. Dünya çempionatına Meksikadan başqa, ABŞ və Kanada da ev sahibliyi edəcək.
Qeyd edək ki, Maksikada mafiya lideri öldürüldükdən sonra ölkədə vəziyyət gərginləşib.