Gecikməyə görə 40 min cərimə

  • Bu gün, 17:12

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik intizam qaydalarını pozan oyunçular üçün cəza sistemini dəyişdirib.

Sportlife.az xəbər verir ki, futbolçular artıq məşqlərə və komanda tədbirlərinə gecikdikləri üçün əvvəllər olduğu kimi oyun cəzaları əvəzinə pul cərimələri alacaqlar.

Televiziya şousunda yarımmüdafiəçi Pedri və hücumçu Ferran Torres məşqçinin dəyişiklikləri barədə danışıblar: "Dəqiqlik qaydasını bir qədər dəyişdirdik. Geciksəniz, cərimə ödəyirsiniz", - deyə Pedri bildirib.

Torres cərimənin 40.000 avroya qədər ola biləcəyini bildirib. Oyunçular həmçinin qeyd ediblər ki, məşqçi futbolçuların şəxsi həyatına müdaxilə etmir.


Paylaş: