Həyat yoldaşı azarkeşi bıçaqladı

  • Bu gün, 14:54

İtaliyada maraqlı hadisə baş verib.

Sportlife.az yerli mətbuata istinadən xəbər verir ki, “Napoli” azarkeşi A Seriyasının XXVI turunda “Atalanta” ilə matçdan sonra bıçaqlanıb. Ona xəsarət yetirən isə həyat yoldaşı olub.

Komandasının məğlubiyyətini (1:2) həzm edə bilməyən 40 yaşlı azarkeş baş hakimi söyməyə başlayıb. Həyat yoldaşının referini deyil, onu təhqir etdiyini düşünən qadın bıçaqla ərinə xəsarət yetirib.

Azarkeş dərhal Neapoldakı xəstəxanaya yerləşdirilib. Qadına isə bir neçə maddə ilə cinayət işi açılıb.


Paylaş: