Klub prezidentindən futbolçusuna dəstək
"Benfika"nın prezidenti Rui Koşta Canluka Prestianninin "Real"ın hücumçusu Vinisius Juniora qarşı irqçilik etdiyi ilə bağlı iddialara münasibət bildirib.
Sportlife.az xəbər verir ki, funksioner artıq qərardan apelyasiya şikayəti verdiklərini bildirib:
"Çünki heç nəyin sübut olunmadığını başa düşürük. Bu, oyunçunun qarşıdakı matçda iştirak etməməsini əsaslandırmır. Vinisius yalan danışıbmı? Mən meydanda deyildim və nə deyildiyini bilmirəm. Yalnız bir şey deyə bilərəm: mən oyunçuma inanıram. Prestianni irqçilikdə ittiham olunur və zəmanət verə bilərəm ki, bu, doğru deyil. Mətbuatda heç nə demədim, çünki heç bir qərar verilməyib. Mən konkret bir şey gözləyirdim, amma sonda oyunçumuza yalnız müvəqqəti diskvalifikasiya verildi".
Qeyd edək ki, hadisə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda baş verib. Vinisius hakim Fransua Leteksyeyə Prestianninin onu "meymun" adlandırdığını bildirib.