"Qarabağ"dan Çempionlar Liqasına layiqli vida
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" (İngiltərə) və "Qarabağ" komandaları arasında keçirilən cavab oyunu başa çatıb.
Sportlife.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda təşkil olunan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Kamilo Duran və Elvin Cəfərquliyev fərqləniblər.
İki oyunun nəticəsinə əsasən 9:3 hesabı ilə qalib gələn "Nyukasl" adını 1/8 finala yazdırıb.