Dünya reytinqi: "Qarabağ" neçəncidir:?

  • Bu gün, 10:02

"Qarabağ" son 5 ilin dünya reytinqində 71-ci pillədə qərarlaşıb.

Sportlife.az xəbər verir ki, 501 komandadan ibarət siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb.

IFFHS 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan müddəti əsas götürüb.

Azərbaycan çempionu 768,75 xalla 71-ci olub. Ölkənin digər təmsilçilərindən "Neftçi" 300 xalla 375-ci, "Zirə" 290,5 xalla 399-cu, "Sabah" 283,25 xalla 411-ci ola bilib.

Siyahıda İspaniyanın "Real" klubu (1753 xal) liderdir.


Paylaş: