Sörlotdan tarixi göstərici

  • Bu gün, 11:05

"Atletiko Madrid"in norveçli hücumçusu Aleksandr Sörlot UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Brügge"yə 3 qol vuraraq tarixi rekorda imza atıb.

Sportlife.az xəbər verir ki, 30 yaşlı forvard Madrid klubunun tarixində Çempionlar Liqasının pley-off oyununda het-trik edən ilk oyunçu olub. Sörlot həmçinin klub tarixində qrup mərhələsi də daxil olmaqla, bir Çempionlar Liqası matçında üç qol vuran ikinci oyunçudur. Xorvatiyalı Mario Mandzukiç bu rekordu 2014-cü ilin noyabr ayında qrup mərhələsinin 5-ci turunda Yunanıstanın "Olimpiakos" komandasına qarşı 4:0 hesablı qələbə qazandıqları oyunda qırmışdı.

Sörlot bu mövsüm klubda 36 oyun keçirib, 15 qol vurub və bir məhsuldar ötürmə edib.


Paylaş: