ÇL-də tarixi nəticə təkrarlandı

  • Bu gün, 10:26

"Budyo Qlimt" Çempionlar Liqasında tarixi uğura imza atıb.

Sportlife.az xəbər verir ki, pley-off mərhələsinin ilk oyununda evdə "İnter"ə 3:1 hesabı ilə qalib gələn Norveç təmsilçisi cavab matçında da rəqibini üstələyib - 2:1. Bu nəticə isə komandanı 1/8 finala daşıyıb.

Bunlar "Budyo Qlimt"in böyük beşlik liqasından olan komandalar üzərində ardıcıl dördüncü qələbəsi olub. Komanda bundan əvvəl "Mançester Siti" və "Atletiko"nu 2:1) hesabı ilə məğlub edib.

Bu nəticəyə imza atan son komanda 1971/72 mövsümündə "Ayaks" olub.


Paylaş: