"İmişli"də kolumbiyalı futbolçu

  • Bu gün, 11:50

“İmişli” növbəti transferini açıqlayıb.
Sportlife.az xəbər verir ki, Premyer Liqa təmsilçisi kolumbiyalı yarımmüdafiəçi Faxardo Hernandesi heyətinə qatıb.
19 yaşlı futbolçu 2,5+1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Faxardo Hernandes Kolumbiyada gənc istedadların yetişdirilməsi ilə tanınan “Deportivo Marakaneyro” futbol məktəbinin yetirməsidir.

Paylaş: