İnfantino DÇ-yə görə narahat deyil

  • Bu gün, 12:58

FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının Meksikada keçiriləcəyinə əmindir.

Sportlife.az xəbər verir ki, funksioner ölkədə baş verən təhlükəli hadisələr fonunda bu açıqlamanı verib:

"Çox həyəcanlıyam, hər şey yaxşı olacaq. Möhtəşəm olacaq".

Fevralın 22-də Meksika Müdafiə Nazirliyi "El Menço" kimi tanınan narkotik kartelinin lideri Ruben Nemesio Osequera Servantesin tutulması üçün xüsusi əməliyyat keçirib. O, Mexiko şəhərinə aparılarkən aldığı xəsarətlərdən ölüb. Bundan sonra bir neçə şəhərdə iğtişaşlar başlayıb.

DÇ-2026-da ilk dəfə 48 milli komanda iştirak edəcək və turnir iyunun 11-dən iyulun 17-dək üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.


Paylaş: