Tonali "Qarabağ"la oyundan danışdı

  • Bu gün, 13:55

"Əlbəttə ki, əla başlanğıc idi. 6 dəqiqəyə 2 qol vurmaq yaxşıdır".

Sportlife.az xəbər verir ki, bu sözləri "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” üzərində qazanılan qələbəni (3:2) şərh edərkən deyib.

İtaliyalı futbolçu bildirib ki, erkən qollardan sonra oyun daha açıq keçdi: "Ümumi hesab 9:3 oldu. Buna baxmayaraq, eyni tempdə davam etmək çətin idi. Amma ən vacibi, qalib gəlmək və növbəti mərhələyə yüksəlməkdir".

Qeyd edək ki, Bakıdakı görüşdə 6:1 hesablı qələbə qazanan "Nyukasl" 2 matçın nəticəsinə əsasən mərhələ adlayıb.


Paylaş: