Superliqada istefa

  • Bu gün, 13:11

"Kayserispor" Radomir Caloviçin baş məşqçi vəzifəsindən ayrıldığını elan edib.

Sportlife.az xəbər verir ki, mütəxəssislə yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

Monteneqrolu 2025-ci ilin oktyabr ayından komandaya rəhbərlik edirdi.

23 turdan sonra "Kayserispor" Türkiyə Superliqasının turnir cədvəlində 17-ci yerdədir.


Paylaş: