Spalletti azarkeşlərdən kömək istədi
"Yuventus"un baş məşqçisi Luçano Spalletti Çempionlar Liqasının pley-off mərhələsinin "Qalatasaray"la keçiriləcək cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Sportlife.az xəbər verir ki, mütəxəssis azarkeşlərdən dəstək istəyib:
"Bizə döyüş ruhu lazımdır. Vəziyyətin çətin olduğunu başa düşürük, amma onlardan bizi dəstəkləmələrini xahiş edirik. Biz onlarla daha güclüyük. Sona qədər əlimizdən gələni edəcəyik. Əvvəlkindən daha çox birləşməliyik".
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda Türkiyə klubu 5:2 hesablı qələbə qazanıb.