Türkiyə futbolunda maraqlı olay

  • Bu gün, 18:09

Türkiyədə Həvəskarlar Liqasında keçirilən oyun zamanı nadir hadisə baş verib.

Sportlife.az xəbər verir ki, komandalardan birinin qolkiperinin qapıdan zərbəsi zamanı top meydanın üzərindən aşağı uçan qağayıya dəyib. Zərbə nəticəsində quş meydana cansız halda düşüb.

Matçda iştirak edən oyunçulardan biri özünü itirmədən qağayının yanına qaçıb intensiv ürək masajı etməyə başlayıb. Nəticədə quş hərəkət etməyə və özünə gəlməyə başlayıb.

Oyunçu sonda dirilən qağayını tibb işçilərinə təhvil verib.


Paylaş: