Mbappe ilə bağlı qərar verildi
"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasında "Benfika" ilə cavab oyununu buraxacaq.
Sportlife.az xəbər verir ki, fransalı futbolçu bir gün əvvəl məşqi yarımçıq tərk edib.
Məşqçilər heyəti onu ehtiyatda saxlamaq qərarına gəlib.
Qeyd edək ki, qarşılaşma bu gün keçiriləcək. İlk matçda "Real" 1:0 hesablı qələbə qazanıb.