"Zirə"də ciddi itki
"Zirə" Premyer Liqanın XXII turunda “Araz-Naxçıvan”la oyuna ciddi itki ilə çıxacaq.
Sportlife.az xəbər verir ki, "qartallar" aparıcı müdafiəçisi Ruan Renatonun xidmətindən yararlana bilməyəcək.
Ötən tur 4 sarı vərəqə limitini dolduran braziliyalı futbolçu cəzalı duruma düşüb.
Qeyd edək ki, oyun fevralın 27-də keçiriləcək.