ÇL oyununda qorxulu anlar

  • Bu gün, 11:26

"Real"ın müdafiəçisi Raul Asensio Çempionlar Liqasının pley-off mərhələsinin "Benfika"ya qarşı ikinci oyununda ciddi zədələnib.

Sportlife.az xəbər verir ki, 23 yaşlı futbolçu 74-cü dəqiqədə huşunu itirərək yerə yıxılıb. Ona tibbi yardım göstərilib və bir neçə dəqiqə sonra meydanı xərəkdə tərk edib.

İspan müdafiəçinin yerinə avstriyalı müdafiəçi David Alaba meydana daxil olub.

Qeyd edək ki, görüş "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Paylaş: