Addai yığmadan dəvət gözləyir

  • Bu gün, 12:51

"Qarabağ"ın futbolçusu Emmanuel Addai Qana yığmasından dəvət gözləyir.

Sportlife.az xəbər verir ki, qanalı yarımmüdafiəçi bu barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.

24 yaşlı vinger karyerası ilə ən böyük arzusunun millidə çıxış etmək olduğunu bildirib: "Yığmanın formasını geyinmək mənin üçün ölkə xaricində qazanılan fərdi uğurlardan daha önəmlidir. Qananı təmsil etmək istəyirəm, çünki ölkəmi çox sevirəm. Uşaqlıqdan bu yığmanın finallarda məğlub olduğunu görmüşəm. Xalqımıza sevinc yaşatmaq istəyirəm. Arzum budur ki, təkcə xaricdə oynayan futbolçu kimi yox, Qana üçün əhəmiyyətli iş görən biri kimi xatırlanım. Məqsədim yalnız Avropada uğurlu klub karyerası qurmaq deyil, həm də Qana millisinin heyətində beynəlxalq arenada nailiyyət qazanmaqdır”.

Addai hələlik Qana yığmasından rəsmi dəvət almadığını vurğulayıb: “Hələ mənimlə əlaqə saxlanılmayıb. Amma düşünürəm ki, “Qarabağ”dakı çıxışlarımı izləyirlər. Hər şeyin öz zamanı var. Buna görə də tələsmirəm”.


Paylaş: