Kamilo Duranın son durumu
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la cavab oyununda (2:3) zədələnən "Qarabağ"ın futbolçusu Kamilo Duranın durumu açıqlanıb.
Sportlife.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, kolumbiyalı yarımmüdafiəçi hazırda həkimlərin müşahidəsi altındadır və yekun rəy gözlənilir.
Qeyd edək ki, Duran matçın ikinci hissəsində sıradan çıxıb.