"Azarkeşlərin həyatımızı kabusa çevirəcəyini bilirdim"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen Çempionlar Liqasının pley-off mərhələsində "Yuventus"a 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib.
Sportlife.az xəbər verir ki, nigeriyalı forvard rəqib komandanın azarkeşlərini xüsusi fərqləndirib:
"Əslində belə olacağını bilirdim - bu komandanı və stadiondakı atmosferi tanıyıram. "Yuventus" azarkeşlərinin həyatımızı kabusa çevirəcəyini bilirdim. Həmçinin "Qalatasaray" azarkeşlərinə də təşəkkür edirəm. Mən onların səsini də eşitdim. Evə məyus halda qayıtmalarını istəmirdik. Bunu etməli idik, amma açığı, hələ də inkişaf etdirməli olduğumuz çox şey var".
Qeyd edək ki, ilk oyunda 5:2 hesablı qələbə qazanan "Qalatasaray" cavab oyunundakı məğlubiyyətə (2:3) baxmayaraq 1/8 finala yüksəlib.