Rekordçu ilə uzunmüddətli müqavilə

  • Bu gün, 15:52

Hücumçu Denis Buanga "Los-Anceles"lə müqaviləsini uzadıb.

Sportlife.az xəbər verir ki, müqavilə 2028-ci il dekabrın 31-dək nəzərdə tutulub. Anlaşmaya əsasən, müddət sonradan daha 2 il artırıla bilər.

Qabonlu futbolçu 2022-ci ilin avqustunda "Sent-Etyen"dən MLS təmsilçisinə keçib. 31 yaşlı forvard 2025-ci il mövsümündə "Los Anceles" tarixinin bombardiri olub. O, komandada 152 oyunda 101 qol vurub və 42 məhsuldar ötürmə edib.


Paylaş: