DÇ-2026: Şotlandları sevindirən xəbər
Şotlandiya Futbol Assosiasiyası FIFA ilə razılığa gəlib.
Sportlife.az xəbər verir ki, DÇ-2026-da oyunların keçiriləcəyi stadionlara şotland milli geyiminə xas çantalarla (sporran) daxil olmağa icazə verilib.
Standart təhlükəsizlik prosedurlarından sonra üzərində sporran olan şəxslərin arenaya girişində heç bir problem olmayacaq.
Şotlandiya millisi Braziliya, Mərakeş və Haiti ilə C qrupunda yer alır. Bu, onların 1998-ci ildən sonra final mərhələsində ilk çıxışı olacaq.