Blatter İnfantinonu "diktator" adlandırdı
Keçmiş FIFA prezidenti Zepp Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonu sərt tənqid edib.
Sportlife.az xəbər verir ki, Blatterin sözlərinə görə, İnfantino təşkilatda bütün hakimiyyəti öz əlində cəmləşdirib və faktiki olaraq kollektiv qurumları qərar qəbuletmə prosesindən kənarlaşdırıb.
"Bu gün FIFA kimdir? O, yalnız prezidenti İnfantinodan ibarətdir. FIFA diktaturadır! Təxminən 40 üzvü olan FIFA Şurası heç nəyə qərar vermir. Oradakı insanlardan eşitmişəm ki, qərargaha gələndə heç kimin onunla salamlaşmasını istəmir".