Duran: "Qarabağ"la fəxr edirəm”

  • Bu gün, 14:49

"Bu tarixi hadisənin bir hissəsi olduğum üçün Tanrıya minnətdaram".

Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kamilo Duran sosial şəbəkə hesabında yazıb.

Kolumbiyalı yarımmüdafiəçi komandasının UEFA Çempionlar Liqasındakı çıxışını dəyərləndirib: "Dəstəklərinə görə azarkeşlərə, mesajlara görə isə hamıya təşəkkür edirəm. Sona qədər mübarizə apardıq. Komandamızla fəxr edirəm”.

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində "Nyukasl"a hər iki oyunda (1:6, 2:3) uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.


Paylaş: