Mourinyo oyunu avtobusdan izlədi

  • Bu gün, 11:03

"Benfika" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İspaniyada "Real"a 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Sportlife.az xəbər verir ki, Portuqaliya təmsilçisinin baş məşqçisi Joze Mourinyo matçı stadionun dayanacağında park edilmiş klub avtobusundan izləyib.

"Real" cəzalı olan mütəxəssis üçün xüsusi zona hazırlasa da, çalışdırıcı bundan imtina edib.

Qeyd edək ki, Lissabondakı ilk matçda qalib müəyyənləşməmişdi - 1:1.


Paylaş: