"Barselona"dan Holann və Alvares açıqlaması
"Barselona" idman komitəsinin üzvü Joan Soler "Mançester Siti"nin hücumçusu Erlinq Holann və ya "Atletiko"nun forvardı Xulian Alvaresi almaq üçün maliyyə imkanlarına malik olduqlarını bildirib.
Sportlife.az xəbər verir ki, əvvəllər klubun direktoru vəzifəsində çalışmış və Joan Laportanın seçki kampaniyasında iştirak etmiş funksionerin sözlərinə görə, Kataloniya təmsilçisi bu səviyyəli oyunçuları transfer edə bilər.
"Transfermarkt"a görə, Holannın bazar dəyəri 200, Alvaresinki isə 100 milyon avrodur.
25 oyundan sonra "Barselona" İspaniya La Liqasında turnir cədvəlinə başçılıq edir.