Kollins ingilislərin hədəfində
"Arsenal", "Liverpul", "Mançester Siti", "Nyukasl", "Brayton" və "Brentford" klubları "Ayntraxt"ın müdafiəçisi Nnamdi Kollinsi transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, xüsusilə "topçular" 22 yaşlı oyunçunun çıxışına heyran qalıb. Məşqçilər heyəti Ben Uaytla onun arasında müəyyən oxşarlıqlar görür.
Kollinin Frankfurt klubu ilə 30 iyun 2030-cu ilə qədər müqaviləsi var.
Müdafiəçi 2023-cü ilin avqust ayından Almaniya klubunda çıxış edir. Bu mövsüm 26 matçda bir qol vurub və bir məhsuldar ötürmə edib.