"Fənərbağça" sabiq hücumçusunu qaytarır
"Fənərbağça" sabiq futbolçusu Vedat Muriqini heyətinə qatmaq istəyir.
Sportlife.az xəbər verir ki, keçid yay transfer pəncərəsi zamanı baş tuta bilər.
Kosovolu hücumçu da İstanbul təmsilçisinə qayıtmağa hazırdır.
Qeyd edək ki, hazırda "Malyorka"da çıxış edən Vedat Muriqi 2019-2020 mövsümündə "Fənərbağça"nin formasını geyinib.