Tedeskonun qələbə şərhi
"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Nottinqem" üzərində 2:1 hesablı qələbəni şərh edib.
Sportlife.az xəbər verir ki, mütəxəssis komandasının yaxşı oynadığını bildirib:
"Biz mərhələni evdə uduzduq, amma bu gün çox yaxşı oynadıq. Sona qədər mübarizə aparmaqla kifayətlənmədik, həm də çoxlu qol şansları yaratdıq. Oyunçuların çoxu fantastik çıxış etdi".