Daşkənddə Azərbaycan finalı
Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinin finalında üz-üzə gələcəklər.
Sportlife.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev və Əhməd Yusifov buna nail olublar.
Yığma üzvləri qızıl medal uğrunda münasibətlərə aydınlıq gətirəcəklər.
Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva (48 kq), Leyla Əliyeva (52 kq) mübarizəni dayandırıb. Şəfəq Həmidova (48 kq) təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq.