Azərbaycan futbolunda tarixi rekord

  • Bu gün, 10:00

Azərbaycanın bu mövsüm UEFA reytinqini 27-ci pillədə başa vuracağı dəqiqləşib.

Sportlife.az xəbər verir ki, bu, avrokubokların pley-off mərhələsi yekunlaşdıqdan sonra bəlli olub.

Belə ki, 27-ci sıradan aşağıda qərarlaşan ölkələrin avrokuboklarda təmsilçiləri qalmadığından onların Azərbaycanı qabaqlamaq şansı yoxdur.

Bu, Azərbaycanın 5 mövsümlük reytinq tarixində qeydə alınan ən yüksək göstəricidir (əvvəlki rekord 20,125 xal idi).


Paylaş: