"Qarabağ"a qol vuran futbolçu rəmzi komandada

  • Bu gün, 12:31

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandasını açıqlayıb.

Sportlife.az xəbər verir ki, rəmzi heyətdə Türkiyəni “Qalatasaray” klubunun hücumçusu Viktor Osimhen də yer alıb. Eyni zamanda “Qarabağ”a qol vuran Sandro Tonali də seçilənlər arasındadır.

Qapıçı: Yan Oblak (“Atletiko”);

Müdafiəçilər: Davide Zappakosta (“Atalanta”), Odin Byortuft (“Bodo Qlimt”), Edmond Tapsoba (“Bayer” ), Veston Makkenni (“Yuventus”);

Yarımmüdafiəçilər: Orelien Tçuameni (“Real”), Sandro Tonali (“Nyukasl”), Xviça Kvaratsxeliya (PSJ), Yens-Petter Hauqe (“Bodo Qlimt”);

Hücumçular: Viktor Osimhen (“Qalatasaray”), Aleksandr Sörlot (“Atletiko”).


Paylaş: