Premyer Liqada 7 cəzalı
Azərbaycan Premyer Liqasında XXII tura bu gün start veriləcək.
Sportlife.az xəbər verir ki, cari turda 7 futbolçu cəzalı olduğu üçün meydana çıxa bilməyəcək.
"Kəpəz"dən Məqsəd İsayev, Rauf Hüseynli, Şakir Seyidov "Sumqayıt"la matçı buraxacaq. "Gənclik şəhəri" təmsilçisində isə Aleksandr Ramalinqon cəzalıdır.
"Zirə"nin əsas mərkəz müdafiəçisi Ruan Renato da eyni halla üzləşib. Braziliyalı oyunçu sarı vərəqə limitini doldurduğu üçün bu gün "Araz-Naxçıvan"la görüşdə iştirak etməyəcək.
Bundan əlavə, "Şamaxı"dan Alfons Msanqa "Neftçi" ilə oyunu, "Qarabağ"dan Kadi "Sabah"la qarşılaşmanı eyni səbəbdən buraxacaq. Matçlar müvafiq olaraq fevralın 28-də və martın 1-də təşkil olunacaq.
Qeyd edək ki, bu gün keçiriləcək "Kəpəz" - "Sumqayıt" oyunu saat 14:30-da, "Araz-Naxçıvan" - "Zirə" görüşü isə 18:00-da start götürəcək.