"Qarabağ"ı nümunə göstərdi
Rusiyalı məşqçi Sergey Semak “Kayrat”ın Çempionlar Liqasında uğur qazanması üçün nələrin vacib olduğunu açıqlayıb.
Sportlife.az xəbər verir ki, Qazaxıstan mətbuatına danışan “Zenit”in baş məşqçisinin fikrincə, “Qarabağ”ın uğur yolunu təkrarlamaq üçün əsas şərtlərdən biri legionerlərin roludur.
“Əgər “Qarabağ”dan danışsaq, orada əsas rolu legionerlər oynayır. Hətta “Aris” və “Şerif” kimi komandaların Çempionlar Liqasında inamlı çıxışına baxsaq, eyni tendensiyanı görmək olar. Yəni legioner limitləri olmadıqda, uğur qazanmaq şansı xeyli artır”, – deyə Semak söyləyib.
Qeyd edək ki, “Qarabağ” bu mövsüm Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləyib və bu raundda “Nyukasl”a 3:9 (1:6, 2:3) hesabı ilə məğlub olub.