Daşkənddə 2-ci qızıl medal
Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
Sportlife.az xəbər verir ki, Ömər Rəcəbli (81 kq) finalda Abdul-Kerim Tasuyevi (Rusiya) məğlub edib.
Bu gün tatamiyə çıxan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) isə yarışı medalsız başa vurublar.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.