Renat Dadaşovun komandasından qələbə

  • Bu gün, 10:34

Polşa Ekstraklasasında 23-cü turun oyunları keçirilir.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geydiyi “Motor” evdə “Korona” ilə qarşılaşıb.

Görüş “Motor”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Renat 82-ci dəqiqədə komandası hər iki qolu vurandan sonra meydana buraxılıb.

"Motor" hazırda 30 xalla 11-ci pillədə qərarlaşıb.


Paylaş: