Reşford “Barselona”da qalacaq?
"Barselona” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun transferini reallaşdırmaq üçün danışıqları davam etdirir. Kataloniya klubu hazırda ingiltərəli oyunçunu mövsümün sonuna qədər icarə əsasında heyətində saxlayır və bundan sonra onun transfer hüquqlarını tam almaq niyyətindədir.
Sportlife.az xəbər verir ki, klub daxilində bu keçidin baş tutacağı ilə bağlı nikbinlik qorunur.
28 yaşlı futbolçunun yaxın günlərdə transferə yekun razılıq verməsi gözlənilir.
“Mançester Yunayted” rəhbərliyi hələ də öz mövqeyində qalır və razılaşmanın yekunlaşması üçün əlavə şərtlər irəli sürür. “Barselona” rəhbərliyi isə transferi tamamlamaq üçün ingilisləri razı salmağa çalışacaq.