Haaland məşq zamanı zədələnib

  • Bu gün, 13:32

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində "Lids" və "Mançester Siti" klubları üz-üzə gəlib.

Sportlife.az xəbər verir ki, komandanın ulduz hücumçusu Erlinq Haaland start heyətdə yer almayıb. Klubun baş məşqçisi Xosep Qvardiola norveçli forvardın məşq zamanı zədələndiyini bildirib:

"İki gün əvvəl məşqin son dəqiqələrində Haaland yüngül zədə aldı. Bu, ciddi problem deyil, lakin o, bugünkü oyuna hazır deyil".


"Lids" - "Mançester Siti" qarşılaşması hazırda davam edir və qapılara qol vurulmayıb.


Paylaş: