“Çelsi” Palmeri satmağı düşünmür
"Çelsi” yarımmüdafiəçisi Koul Palmerlə yollarını ayırmağı planlaşdırmır.
Sportlife.az xəbər verir ki, bu barədə “The Standart” nəşri məlumat yayıb.
Yayılan maliyyə hesabatı problemlərinə baxmayaraq, londonlular aparıcı oyunçularından imtina etmədən vəziyyəti sabitləşdirmək niyyətindədirlər.
23 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə 16 oyunda iştirak edib, 8 qol vurub və 1 məhsuldar ötürmə verib. İngilis oyunçunun klubu ilə müqaviləsinin müddəti 2033-cü ilin yayında başa çatacaq.